Advertisment

Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Herbiand.az-a bildiriblər ki, görüş əsnasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, xüsusən də iqtisadi-ticari, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.