Advertisment

Kreml Tokayevin Ukraynada münaqişənin dondurulması çağırışına cavab verib

Kreml Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ukraynada hərbi əməliyyatların dondurulması təklifinə münasibət bildirib.

Herbiand.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstan Prezidentinə Rusiya Prezidenti Vladimir Putinə verdiyi qiymətə görə minnətdarlıq edib.

Onun sözlərinə görə, şəxsi etimad Putin və Tokayevə ən çətin məsələləri müzakirə etməyə imkan verir.

Peskov qeyd edib ki, Rusiya Prezidenti Qazaxıstan lideri ilə hər görüşdən onu “xüsusi əməliyyat zonası”ndakı vəziyyətlə tanış etmək üçün istifadə edir: “İki prezident arasında şəxsi münasibətlər yaxın, konstruktiv və etibarlıdır və bu, onlara Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlər də daxil olmaqla, beynəlxalq gündəmdəki ən çətin məsələləri müzakirə etməyə imkan verir”.

Qeyd edək ki, Tokayev Berlində Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Putini “Rusiyanın rəhbəri kimi Mərkəzi Asiya, Avropa və bütün dünya üçün ən məqbul siyasi fiqur” adlandırıb. O, həmçinin, danışıqlara imkan vermək üçün Ukraynadakı hərbi əməliyyatların dondurulmasına çağırıb.