Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı oktyabrın 2-si keçiriləcək
Herbiand.az xəbər verir ki, qurultay Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edək ki, partiyanın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından sonra ilk qurultayı olacaq.
YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın ali rəhbər orqanıdır və İdarə Heyəti tərəfindən beş ildə ən azı bir dəfə çağırılır. Partiya sədrinin seçilməsi, Nizamnaməyə dəyişiklik edilməsi və rəhbər orqanların tərkibinin müəyyənləşdirilməsi qurultayın səlahiyyətlərinə daxildir.
modern.az