Advertisment

Almanlar yüksək qiymətlər səbəbindən benzin oğurlamağa başlayıblar

Almaniyada benzim qiymətlərinin yüksək olması səbəbindən yanacaqdoldurma məntəqələrindən yanacaq oğurluqları artıb. Stansiya sahibləri itkilərin qarşısını almaq üçün gecələr nasosları bağlamağa başlayıblar.

Herbiand.az bildirir ki, bu barədə Bild nəşri Almaniyanın  Yanacaqdoldurma Stansiyası Operatorları Assosiasiyasına istinadən məlumat yayıb.

"Yüksək yanacaq qiymətləri səbəbindən sürücülər getdikcə daha çox cinayətkar metodlara əl atırlar. Bəzi yanacaqdoldurma məntəqəsi operatorları artıq buna reaksiya verir və itkilərin qarşısını almaq üçün gecələr fərdi nasosları bağlayırlar", - Assosiasiyadan bildirilib.

Assosiasiyanın nümayəndəsi Herbert Rabl nəşrə deyib ki, xüsusilə gənclər və yaşlı insanlar arasında yanacaq oğurlamaq istəyi artıb: "Qiymətlər 2,4 avroya doğru dəyişdikdə, cinayətkarlığın qarşısını alan psixoloji baryer azalır. Bəziləri sadəcə pul ödəmədən maşınla gedir".

Bəxtiyar CƏFƏRLİ