Advertisment

Bu ölkədə ağır metallurgiya çökdü – polad istehsalı tam dayandırıldı

Ukraynada  polad istehsalı tamamilə dayandırılıb. Herbiand.az xəbər verir ki, Ukrayna Metallurqlar Federasiyası məlumat yayıb.

Qurumdan Reuters agentliyinə verilən məlumata görə, hazırda polad istehsalı aparılmır.

Qeyd edək ki, yaxın vaxtlara qədər Ukraynada polad istehsalı ölkənin ən böyük müəssisəsi olan “ArselorMittal Krivoy Roq” metallurgiya kombinatında davam edirdi. Müəssisə bir neçə raket zərbəsindən sonra fəaliyyətini dayandırıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Borispol şəhərində pilotsuz uçuş aparatlarının yığılması və saxlanıldığı “Fire Point” MMC-nin obyektinə zərbə endirildiyini açıqlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, müəssisənin ərazisində “Flamingo” raketlərində mühərrik kimi istifadə olunan “Honeywell” TFE731 mühərrikləri saxlanılırdı.

E.Cəfərli