Rusiyanın Perm diyarında saxlanılan şəxs müdafiə sənayesi müəssisəsində təxribat planlaşdırdığını deyib.
Herbiand.az bildirir ki, onun sözləri Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan videoda nümayiş olunub.
Həbs zamanı təhlükəsizlik qüvvələri ondan həbs olunmasının səbəbini başa düşüb-düşmədiyini soruşublar. O, cavab olaraq Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiyini bildirib: "Mən Ukrayna Təhlükəsizlik Xidmətinə işləyirdim. Zavodda təxribat planlaşdırırdım".
Məlum olub ki, o, xüsusi olaraq müdafiə sənayesi müəssisəsində iş əldə edib və işçilərinin şəxsi məlumatlarını ukraynalı kuratoruna ötürüb. Kişi yayımlanan videoda detalları danışıb.
O deyib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi ilə Telegram vasitəsilə müstəqil şəkildə əlaqə qurub. İlk tapşırığı yerinə yetirdikdən sonra kurator onun bank kartlarına pulu köçürüb və sonra ona regionun müdafiə müəssisələrindən birində iş tapmağı tapşırıb. Saxlanılan şəxs zavod işçilərinin telefon nömrələrini və şəxsi məlumatlarını verdiyini iddia edib. Həmçinin diaqramlar, rəsmlər, hərbi məhsul hissələri, transformator yarımstansiyası və qaz paylayıcı avadanlıqlar da daxil olmaqla 11 emalatxananın foto və videosunu çəkib.
Həbs olunan şəxs həmçinin zavodun informasiya sisteminə giriş əldə etdiyini iddia edib. Zavod haqqında məlumat verdiyinə görə pul mükafatı vəd edildiyini iddia edib.
Bəxtiyar CƏFƏRLİ