Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən Herbiand.az-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 30,8 faiz artaraq 4 milyard 875,2 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,1 faiz artaraq 9 milyard 813,4 milyon manat olub.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,3 faiz artaraq 8 milyard 52,1 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4,7 faiz artaraq 4 milyard 568,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,1 faiz azalaraq 2 milyard 67,9 milyon manat olub.