Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin istifadəyə verilməsi Azərbaycanda əczaçılıq sənayesinin inkişafı ilə yanaşı, dərman qiymətlərinin aşağı salınması məsələsini də yenidən gündəmə gətirib. Ölkədə yerli dərman istehsalının genişləndirilməsinin bazarda qiymətlərə necə təsir göstərəcəyi maraq doğurur. Xüsusilə əhalinin dərman xərclərinin artdığı bir vaxtda daha əlçatan qiymətlərin formalaşdırılması əsas gözləntilərdən biridir. Bəs yerli istehsal dərmanların qiymətinin ucuzlaşmasına nə dərəcədə imkan yarada bilər? Dərman qiymətlərinin aşağı salınması üçün hansı addımların atılması vacibdir?
“Azərbaycanın dərman təchizatında idxaldan asılı olması bu sahədəki qiymət dinamikasına birbaşa təsir göstərir”. Bunu Herbiand.az-a açıqlamasında tibb elmləri doktoru, professor A Adil Qeybulla bildirib.

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə məsələyə birmənalı yanaşmaq çətindir:
"Əgər ölkədə yerli dərman istehsalı olsaydı, ən azı daha çox ehtiyac duyulan preparatların Azərbaycanda istehsalı reallaşsaydı, fərqli bir tendensiya müşahidə oluna bilərdi. Lakin nə qədər ki dərman preparatları kənardan gətirilir, qiymətlərə xarici amillərin təsiri qaçılmazdır. Nəzərə almaq lazımdır ki, müharibə gedən regionlar fonunda bu gün Avropanın özündə və müxtəlif ölkələrdə dərman maddələrinin bahalaşması tendensiyası hiss olunur. Bu proses, təbiidir ki, Azərbaycan bazarında da öz əksini tapir”.
Yunis