Advertisment

Qadın, ailə və cəmiyyət: mənəvi dəyərlərimizi necə qoruyaq?-Radə Abbas yazır

Tarixən qadınlar ailənin dayağı olaraq, evi ailəni övladlarını idarə edən güclü bir ələ sahibdirlər. 

Qadınların yeri həm  dövlətin kiçik modeli olan ailədə, həm dövlətin dayağı olan cəmiyyətdə çox önəmlidir. Lakin dövrümüzdə qadınlarımızın bir qrupu cəmiyyətin bəlasına çevrilməyə başlayıblar.  Bu eyni zamanda cəmiyyətin artıq öz funksiyasını itirmək üzrə olduğunu ifadə edir. 

Cəmiyyət öz funksiyasını itirərsə o halda dövlətin məhvi gerçəkləşər. Dövləti ayaqda saxlayan cəmiyyətin varlığını inkar etmək olmaz. Türk dünyası öz tarixində qadına çox önəm verib. 
Qadın vətəni, torpağı özündə əks etdirən varlıqdır. 

Bu baxımdan Türk dünyasının məhvinə çalışan missioner təşkilatlar öz dövlətlərinin niyyətlərini həyata keçirmək üçün qadınlarımızın  milli dəyərlərimizdən, adət-ənənələrimizdən, ailə dəyərlərimizdən uzaqlaşdırmağa çalışıblar. Qaçılmaz  acı həqiqətimizdə göz önündədir ki, missioner təşkilatlar öz istəklərinə  böyük bir anlamda nail olublar.  

Beləki qızlarımız atalarının yanında yarlçılpaq geyimdə gəzməyə, nişanlanmadıqları oğlanla qol qola gəzməkdən, anasına kobud şəkildə müraciətdən çəkinmirlər. Bu hallar hardasa müasir qızların adi həyat davranışına çevrilib. 

Qayınata ilə kobud münasibət, qayınananı saymamaq əksəriyyət qızlarımız üçün adi davranış qaydasıdır. Ailə qurmadan qaynana ilə  eyni evdə yaşamaq istəmədiklərini utanmadan tələb edirlər. Bu hallar Avropaya inteqrasiya sayılır?  Mənəvi dəyərlərə nağıllarda rast gələn Avropa bizim cəmiyyəti də öz iyrənc vəziyyətinə çatdırdı. 

Təəssüflə qeyd edilməlidir ki, əksər hallarda belə davranışlar dəstəklənir və yayılmasına çalışılır.  Bu baxımdan Milli dəyərlərimizin gələcəyini düşündükcə ciddi narahatçılıq keçirməyin, həyəcan sıqnalı çalmağın gecikdiyini düşünürəm.  Belə təhlükəli  halların qarşısının alınması cəmiyyətin bütün sağlam fərdlərinin vicdan vəzifəsinə çevrilməlidir.  

Əks halda gələcəkdə böyüyəcək nəslin kim olacağını düşünmək belə qorxuncdur. Övladlarımızın  çox kiçik yaşlarından milli ruhda, adət ənənələrimizə məhəbbətlə böyütmək üçün ailələrlə ciddi iş aparılmalıdır.

Xarici təhdidlərin qarşısının alınması hibrit təhklükələrə qarşı barışmaz mübarizənin aparılması yolunda  ümumi bir tədbirlər planı hazırlanmalı və ciddi layihələr həyata keçirilməlidir. 

 Aidiyyatı dövlət qurumları bunun üzərində düşünüb cəmiyyətlə birgə fəaliyyətə başlamalıdır. Namusumuz, şərəfimiz naminə şəhid olan soydaşlarımızın haqqını bu yolla ödəmək bizim şərəf işimizdir. Bu Vətən, gənclərimiz, gələcəyimiz şəhidlərin bizə əmanətidir.

Eybəcər göründüyümüz üçün güzgünü sındırmaqdansa eyiblərimizi düzəltmək daha xeyirli olacaq.

Radə Abbas
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri