Advertisment

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir - YENİLƏNİB

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

 Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir.

***

09:49

Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiriləcək.

Herbinad.az xəbər verir ki, YAP-ın sonuncu – VII Qurultayı k2021-ci il martın 5-də keçirilib.

Nizamnaməyə əsasən, qurultay 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

Qurultayın müstəsna səlahiyyətlərinə sırasına partiya sədrinin seçilməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi, partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, həmçinin Veteranlar Şurasının üzvlərinin, sədrinin və sədr müavininin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi daxildir.

Partiyanın Nizamnaməsinin qəbulu, Nizamnamıyı dəyişiklik və əlavələrin edilməsi da Qurultayın səlahiyyətləri sırasındadır.

Qeyd edək ki, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması haqqında qərar, həmçinin partiyanın Proqram və Nizamnaməsini qəbul edilib. Konfransda Heydər Əliyev partiyanın sədri seçilib. Heydər Əliyev 1999-cu ildə Bakı şəhərində keçirilən I, 2001-ci il də keçirilən II qurultayda da yekdilliklə bu posta layiq görülüb.

Prezident İlham Əliyev III, IV, V, VI və VII qurultaylarda partiyanın sədri seçilib.

Nizamnaməyə əsasən, YAP sədri partiyanın rəhbər orqanıdır və partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Partiyanın sədri partiyanın qurultayında iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq səsvermə yolu) ilə seçilir. Partiya Sədrinin səlahiyyət müddəti 5 ildir. Partiya sədrinin birinci müavini və müavinləri var. Partiya sədri müavinlərini təyin edir.

YAP sədri İlham Əliyevin sərəncamları ilə 2021-ci il martın 5-də Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri , Əli Əhmədov partiya sədrinin müavini təyin olunub.

APA