Advertisment

Ukrayna ordusu Rusiya ilə uzunmüddətli münaqişə üçün plan hazırlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Drapatıyın komandası Rusiya ilə uzunmüddətli münaqişə üçün plan hazırlayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası planı bir neçə həftədir ki, nəzərdən keçirir.

Herbiand.az bildirir ki, bu barədə "Ukrainskaya pravda" nəşri yazıb.

Jurnalistlər mənbəyə istinadən bildiriblər ki, sənəd Ukrayna Silahlı Qüvvələrinin Ukraynanı qoruyub saxlayacaq məqsəd və hərəkətlərini müəyyən edir. Planda həmçinin, müxtəlif əməliyyatların müddətləri də göstərilib. Sənəddə strateji məqsədlərdən əlavə, Kiyevin müdafiəsini təşkil etmək yanaşması da əksini tapıb.

"Bizə 30 il müddətinə böyük bir strategiya lazımdır ki, komandirlər olaraq hara getdiyimiz başa düşək", - Ukrayna mənbəyi nəşrə deyib.

Bəxtiyar CƏFƏRLİ