Advertisment

Ukrayna parlamentində NATO ilə bağlı şok təklif

Ukraynada ölkənin neytral statusunun Konstitusiyada təsdiqlənməsi və NATO-ya üzvlük yolundan imtina edilməsi təklif olunub. Müvafiq qanun layihəsi Ali Radanın deputatı Anna Skoroxod tərəfindən təqdim edilib.

Herbiand.az xəbər verir ki, bu barədə “Politika Stranı” Telegram kanalında məlumat verilib.

Qanun layihəsində bildirilir ki, təklif olunan düzəliş Ukraynanın neytral statusunu təsdiqləyəcək. Bu status hərbi ittifaqlara qoşulmaqdan çəkinməyi və digər dövlətlərə qarşı təcavüz etmək niyyətinin olmamasını təsdiqləməyi tələb edəcək.

Bəxtiyar CƏFƏRLİ