Ermənistan Amuldağ (Amulsar) qızıl yatağının istismarına başlanacağını açıqlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində paylaşım edib.
“Biz Vayots Dzor vilayətinə gəldik: Amulsar yatağının istismarına start veriləcək”, – deyə Ermənistanın Baş naziri yazıb.
Paşinyanla birlikdə Vayots Dzor vilayətinə iqtisadiyyat naziri Gevorq Papoyan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan da gedib.