Advertisment

Azərbaycan jurnalistlərinin IX qurultayı işə başlayıb

Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Herbiand.az xəbər verir ki, qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.

Toplantıda Azərbaycan Mətbuat Şurasının yeni İdarə Heyətinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Seçki ərəfəsində Mətbuat Şurasının hazırkı İdarə Heyətinin bir sıra üzvləri namizədliklərini geri götürüblər.

Belə ki, üzv təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş və müvafiq səs toplamış 13 nəfər adının seçki bülleteninə daxil edilməməsini xahiş edib.

Onların arasında Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli var.

Qurultayın yekununda Mətbuat Şurasının növbəti dövr üçün yeni rəhbər orqanlarının formalaşdırılması gözlənilir.

Aydın

Herbiand.az