Advertisment

"İmişli" "Turan Tovuz"u məğlub etdi

Misli Premyer Liqasının VIII turunda "İmişli" öz meydanında "Turan Tovuz"u qəbul edib.

Herbiand.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "İmişli" turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. "Turan Tovuz" isə 14 xalla 4-cü pillədə qalıb.

Günün və turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.

Teleqraf