Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək.
Herbiand.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, ardıcıl dörd qeyri-iş günündə sərnişinlərin artan tələbatını qarşılamaq məqsədilə noyabrın 7-si, 8-i, 9-u və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri həyata keçiriləcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” mobil tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.