ABŞ ordusu dronlara qarşı “Apache” helikopterindən istifadə etməyi öyrənir.
Herbiand.az bildirir ki, bu barədə “New York Times” qəzeti xəbər verib.
Nəşr qeyd edib ki, buna səbəb Hörmüz boğazında baş verən hadisədir İranın nisbətən ucuz “Shahed” kamikaze pilotsuz təyyarəsi təxminən 25 milyon dollar dəyərində olan yüksək texnologiyalı Amerika helikopterini vurub.
Bundan sonra ABŞ Almaniyadakı Qrafenver təlim poliqonunda 2-159-cu silah batalyonunun qoşunları da daxil olmaqla genişmiqyaslı təlimlərə başlayıb. “Skyfall 2” təlimi zamanı amerikalı pilotlar “Apache” helikopterləri üçün tamamilə qeyri-adi tapşırıqları yerinə yetirirlər: “aşağı hündürlükdə ov”. Bununla da PUA kimi hava hədəflərini izləməyi və ələ keçirməyi öyrənirlər.
Bəxtiyar CƏFƏRLİ