Hərbi siyasi şərhçi Viktor Baranets Fransiyanın Rusiyaya qarşı nüvə təcavüzü edəcəyi təqdirdə Moskvanın cavabının qaçılmaz olacağını bildirib.
Herbiand.az xəbər verir ki, o, bu barədə mətbuata müsahibəsində danışıb.
Qeyd edək ki, bir müddət öncə “The Wall Street Journal” qəzeti Fransanın Rusiyaya qarşı çəkindirmə strategiyası çərçivəsində nüvə silahı daşıya bilən “Rafale” qırıcılarını Avropanın müxtəlif ölkələrində yerləşdirməyi nəzərdən keçirdiyini yazıb.
Baranetsin sözlərinə görə, nüvə hücumu baş verərsə, Rusiya “Sarmat” qitələrarası raketlərindən, “Avanqard” hipersəsli bloklarından, “Yasen” atom sualtı qayıqlarından, “Kalibr” qanadlı raketlərindən və “Oreşnik” ballistik raketlərindən istifadə edə bilər.
O, cavab tədbirlərinin hücum edən təyyarələrin hansı ərazidən havaya qalxmasından asılı olmayacağını vurğulayıb.
Hərbi şərhçi Fransanın nüvə əmrlərinin ötürülməsi üçün nəzərdə tutulan “Yupiter” adlı əsas komanda məntəqəsinin Yelisey sarayının altında yerləşdiyini iddia edib.
Siyasi şərhçi bildirib ki, mümkün nüvə təcavüzü halında Rusiya Fransanın mühüm hərbi və strateji obyektlərini hədəfə ala bilər.
Aydın