İsveç Baltik dənizindəki ərazi sularını və iqtisadi zonasını izləmək üçün 4 pilotsuz yerüstü nəqliyyat vasitəsi alır. Bunun üçün Saildrone şirkəti seçilib.
Herbiand.az bildirir ki, bu, Saildrone şirkətinin Voyager dronlar donanması İsveç ərazi sularında davamlı olaraq patrul xidməti göstərəcək və real vaxt rejimində kəşfiyyat məlumatlarını birbaşa İsveç Silahlı Qüvvələrinə ötürəcək.
Saildrone idarəetmə şirkəti kimi fəaliyyət göstərir: xidmət edir, yerləşdirir və tapşırıqlar verir. Bu da İsveçin əlavə pilotlu gəmilərə ehtiyac olmadan davamlı dəniz vəziyyətinin öyrənilməsini təmin etməyə imkan verir.
Bəxtiyar CƏFƏRLİ