İtaliya Hərbi Dəniz Qüvvələrinin OSV sinifli “Triton” çoxməqsədli dəstək gəmisi ilk dəfə SAVER (Submarine Assistance, Ventilation, Equipment Rescue) sualtı xilasetmə sistemini yerləşdirib və dənizdə qəbul sınaqlarına başlayıb.
Herbiand.az bildirir ki, ötən həftə “Triton” sınaq dövrünü tamamlamaq üçün La-Speçiaya qayıdıb.
“Triton” 14 aprel 2026-cı ildə İtaliya donanmasına təhvil verilib. Bu, Hərbi Dəniz Qüvvələrinə sualtı mühit üçün hazırlanmış sistemləri və prosedurları birbaşa sınaqdan keçirməyə imkan verir.
Bəxtiyar CƏFƏRLİ