ABŞ dövlət katibi Marko Rubio ölkəsinin Hidistanla münasibətləri ilə bağlı açıqlama verib. Herbiand.az xəbər verir ki, Rubio Pakistanla münasibətlərin inkişafının Vaşinqtonun Hindistanla əlaqələrinə heç bir zərər vurmayacağını bildirib.
Marko Rubio onu da deyib ki, Yeni Dehli əmin ola bilər ki, Amerikanın başqa ölkələrlə əməkdaşlığı Hindistanın maraqları hesabına qurulmayacaq.
Rubionun sözlərinə görə, ABŞ-ın Hindistanla ticarət sazişi bağlamaq niyyəti iki tərəf arasındakı möhkəm öhdəliyin bariz göstəricisidir.
Dövlət katibi Vaşinqtonun Pakistanla olan əlaqələrinin Cənubi Asiyada münaqişələrin qarşısını almağa müsbət töhfə verəcəyini də vurğulayıb. qeyd edib.
Diplomat Amerika xarici siyasətində Hindistanla münasibətlərin prioritet istiqamət olaraq qaldığını xüsusi olaraq diqqətə çatdırıb.
Aydın