Advertisment

Avropalı məmur: Starshield hələ də Ukrayna üçün tam sürətlə işləmir

Tramp administrasiyası Ukraynanın Starshield peyk sisteminə çıxışını məhdudlaşdırma səbəbləri ilə bağlı yekdil fikrə gələ bilmir. Ağ Ev rəsmiləri məsuliyyəti bir-birilərinə və İlon Maskın SpaceX şirkətinə ötürürlər. Ukrayna isə hələlik məhdudiyyətlərlə bağlı dəqiq izahat almayıb.

Herbiand.az bildirir ki, bu barədə Associated Press agentliyi xəbər verib.

Trampın dünən xidmətin tam sürətlə işləməyə başladığını açıqlamasına baxmayaraq, Ukraynadakı vəziyyətlə tanış olan yüksək vəzifəli avropalı məmur nəşrə bildirib ki, Starshield-in fəaliyyətində heç nə dəyişməyib: sürət həddi təxminən 160 km/saat olaraq qalır. Bundan əlavə, məmurun sözlərinə görə, Ukrayna məhdudiyyətlər ilə bağlı göstərişin kimin tərəfindən və hansı səbəbdən verildiyi ilə bağlı dəqiq rəsmi izahat almayıb.

Bəxtiyar CƏFƏRLİ