Advertisment

Rusiyalı aktyor xüsusi hərbi əməliyyat zonasında həlak olub

"Polis müharibələri 9" serialında rol alan rusiyalı aktyor Yefim Startsev 30 sentyabrda xüsusi hərbi əməliyyar zonasında döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olub.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyinə onun yaxınları məlumat veriblər.

"Yefim artıq yoxdur. O, təxminən bir ay əvvəl, 30 sentyabrda Vətəni müdafiə edərkən həlak olub", - agentliyin mənbəyi bildirib.

Aktyorun 50 yaşı var idi. Onun aktyorluq karyerasına "Polis müharibələri 9" serialında Panayotovun mühafizəçisi, "Bizim xüsusi təyinatlılar 3"də quldur və digər rollar daxil idi.

Bəxtiyar CƏFƏRLİ