"Ukrayna komandası"nın könüllüləri “Artan” xüsusi təyinatlı qüvvələr bölməsinin mikroavtobusa olan ehtiyacını ödəyib.
Herbiand.az xəbər verir ki, bu barədə könüllülər qərargahının rəhbəri Artur Palatnı Facebook-da bildirib.
"Cəbhə xəttindəki nəqliyyat vasitələri etibarlı logistika deməkdir və əsgərlərimizin həyatını xilas edir. "Ukrayna komandası" Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Artan” xüsusi təyinatlı qüvvələr bölməsinə Mercedes mikroavtobusu bağışlayıb", - Palatni yazıb.
O qeyd edib ki, “Artan” əsgərləri cəbhənin müxtəlif sahələrində ən çətin və riskli tapşırıqları yerinə yetirirlər: "Əminəm ki, bizim sizinlə köməyimiz əsgərlərə sürət və hərəkətlilik verəcək. Qəhrəmanlarımızı, onların həyatını və sağlamlığını qoruyacaq".
Bəxtiyar CƏFƏRLİ