Advertisment

Tramp Ukraynaya xəyanət edən ilk ABŞ prezidenti deyil - "The Telegraph"

ABŞ prezidenti Donald Trampın son hərəkətləri ukraynalıları inanılmaz dərəcədə qıcıqlandırır, amma həqiqət budur ki, o, əsasən sələfi Co Baydenin siyasətini təkrarlayır. Co Bayden də Ukraynanın Rusiya neft infrastrukturuna zərbə endirməsini sərt şəkildə məhdudlaşdırmışdı.

Herbiand.az bildirir ki, bu barədə "The Telegraph" qəzetinin köşə yazarı Dominik Louson yazıb.

Müəllif xatırladır ki, 2024-cü ilin aprelində Bayden administrasiyası Kiyevi Rusiya neft emalı zavodlarına dron hücumlarını dayandırmağa çağırmışdı. O vaxtkı ABŞ müdafiə naziri Lloyd Ostin bunu qlobal enerji bazarı üçün potensial nəticələrə istinad etməklə əsaslandırmışdı. Eyni zamanda, bu cür zərbələr düşməni zəiflətməyə yönəlmiş standart hərbi strategiyadır.

Jurnalist amerikalı hərbi tarixçi Filips O'Brayenin sözlərinə istinadən deyir: "ABŞ müdafiə nazirinin qəribə bir şey deyə biləcəyini təsəvvür etmək çətindir".

Köşə yazarı bildirib ki, Bayden administrasiyası prezident seçkiləri ilində benzin qiymətlərinin artmasının qarşısını almağa çalışıb. İndi yanacaq qiymətlərini aşağı salacağına söz verən Tramp İrana qarşı müharibədən sonra qiymətlərin artması səbəbindən təzyiq altındadır. Ara seçkilər ərəfəsində o, Rusiya dizel yanacağı ixracına qarşı sanksiyaların yumşaldılacağını elan etdi və bunun qiymətləri tez bir zamanda aşağı salacağını iddia etdi.

Lakin müəllif qeyd edir ki, Rusiyanın vəd etdiyi 300.000 ton dizel yanacağı ABŞ-ın gündəlik istehlakının yalnız kiçik bir hissəsini təşkil edir. Louson hesab edir ki, Tramp yanacaq qiymətinin artmasına görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışır və eyni zamanda Kremlə müharibəni maliyyələşdirmək üçün əlavə maliyyə təmin edir.

Müəllif Valdimir Zelenskidən sitat gətirir: "Ukraynanın tərəfdaşları Rusiyanın məğlubiyyətindən qorxur və Ukraynanın elə qalib gəlməsini istəyirlər ki, Rusiyanın uduzmasın".

Köşə yazarı bildirib ki, Trampın müharibəyə son qoymaq istəyi ABŞ-ın milli maraqları və ya həyat xilas etmək istəyi ilə deyil, daha çox kommersiya mülahizələri ilə bağlıdır.

Bəxtiyar CƏFƏRLİ