2024-2025-ci illərdə qlobal hərbi gəmiqayırma bazarı 50% artaraq 122 milyard dollara çatıb. Həcm baxımından qlobal istehsal demək olar ki, 1 milyon tondan təxminən 1,5 milyon tona yüksəlib.
Herbiand.az bildirir ki, bu barədə “World Defence Shipbuilding 2026”ın Euronaval 2026 sərgisinin (3-6 noyabr Parisdə keçiriləcək) açılışı üçün hazırlanan yeni araşdırmasına qeyd olunub.
2024-2025-ci illərdə Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri 9 hücum nüvə sualtı qayığı və 10 esmines, ABŞ Hərbi Dəniz Qüvvələri isə cəmi 3 nüvə sualtı qayığı və 4 esmines alıb. Bundan əlavə, Çin donanması elektromaqnit katapultları və desant helikopter daşıyıcısı ilə 80 min ton yerdəyişmə qabiliyyətinə malik ən yeni “Fujian” təyyarədaşıyıcısını istismara verib.
Dənizaltı mühit böyük dövlətlər üçün kritik prioritet olaraq qalır ki, bu da sualtı gəmiqayırmada artıma səbəb olub. Nüvə hücumu sualtı qayıqlarının qlobal istehsalı təxminən üç dəfə artıb. İstehsal 2022-2023-cü illərdə 6 ədəddən 2024-2025-ci illərdə 17 ədədə çatıb ki, bu da 27,3 milyard dollarlıq investisiyaya uyğun gəlir. Qeyri-nüvə sualtı qayıqlarının tədarükü də 11-dən 18-ə qədər artıb.
Bəxtiyar CƏFƏRLİ