Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störe Vladimir Putinlə telefon danışığını Avropa müttəfiqləri ilə razılaşdırmayıblar.
Herbiand.az xəbər verir ki, bu barədə Danimarkanın DR radiostansiyasında deyilib.
Danimarka baş naziri Mette Frederiksen onların müstəqil təşəbbüsünü tənqid edib: "Norveç və Finlandiyanın bu müstəqil təşəbbüsünə çox şübhə ilə yanaşıram. Bu, heç birimizlə əlaqələndirilməyib".
Finlandiya prezidentnin dəftərxanası əvvəl vurğulamışdı ki, Stubb və Störe Putinlə söhbət zamanı bütövlükdə Avropanı deyil, yalnız öz ölkələrini təmsil ediblər.
Danışıqlar 27 oktyabrda Finlandiya və Norveç liderlərinin təşəbbüsü ilə baş tutub. Söhbətdən əvvəl Stubb və Störe Ukrayna tərəfi ilə məsləhətləşmələr aparıblar.
Bəxtiyar CƏFƏRLİ