Serbiyada parlament seçkilərində qalib gələn “Tələbə siyahısı” hərəkatı Rusiya qazının uzunmüddətli tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya nümayəndə heyəti göndərməyi planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə hərəkatdan deputatlığa namizəd Radomir Sayiçiç “NIN” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, nümayəndə heyəti Moskvada qaz tədarükü ilə bağlı uzunmüddətli razılaşmaların əldə olunmasını müzakirə edəcək. Daha əvvəl hərəkatın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyi barədə məlumat yayılıb.
Hərəkatın nümayəndəsi Yovo Bakiç Rusiyaya böyük dövlət, tarixi tərəfdaş və bir çox hallarda müdafiəçi kimi hörmətlə yanaşdıqlarını bildirib.
Oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkiləri keçirilib və müxalif “Tələbə siyahısı” hərəkatı qələbə qazanıb.
Serbiya parlamentinin hazırkı çağırışının deputatı Draqan Stanoeviç bu nəticənin cəmiyyətdə dəyişikliklərə böyük tələbat olduğunu göstərdiyini qeyd edib.
Aydın