Pentaqon müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi gələn həftə Varşavaya səfər edəcək. Danışıqların əsas mövzusu Polşa ərazisində ABŞ kontingentinin daimi yerləşdirilməsi perspektivi olacaq.
Herbiand.az bildirir ki, planlaşdırılan görüş barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski RMF FM-də açıqlayıb.
Onun sözlərinə görə, Vaşinqton artıq yekun qərar üçün lazım olan bütün məlumatları alıb: "Mən bunu gələn həftə daha ətraflı müzakirə edəcəm, çünki müdafiə nazirinin müavini Kolbi Polşaya səfər edəcək".
Zalevski qeyd edib ki, Amerika nümayəndəsinin səfəri Milli Təhlükəsizlik Şurasının işi ilə üst-üstə düşəcək. Bu qurum Polşa prezidenti tərəfindən xüsusi olaraq Amerika bazası məsələsi ilə bağlı məsləhətləşmələr üçün çağırılıb: "Bu gün biz artıq Amerikanın qərarını gözləyirik. Danışıqların birinci mərhələsi başa çatıb və biz Amerikanın qərarını gözləyirik".
Bəxtiyar CƏFƏRLİ