Advertisment

17 yaşlı gənc ağır qəza törətdi

Bərdə rayonunda avtomobil qəzası baş verib.

Herbiand.az xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, qəsəbə sakini - 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.

Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.