Advertisment

Sürixdə kütləvi iğtişaşlar baş verib

İsveçrənin Sürix şəhərində Hellouin münasibətilə solçu radikalların keçirdiyi yürüşdən sonra kütləvi iğtişaşlar baş verib.

Bu barədə “20 Minuten” nəşri məlumat yayıb.

Aksiya zamanı fəallar Qəzza zolağındakı müharibəyə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə və faşizmin yüksəlişinə qarşı etiraz etməyə başlayıblar. Mitinq qısa müddət sonra nəzarətdən çıxıb. Etirazçılar zibil qutularını və avtomobilləri yandırmağa, barrikadalar qurmağa, həmçinin polislərə hücum etməyə başlayıblar.

Xüsusilə, qəza nəticəsində xəsarət almış yeniyetməyə yardım göstərmək üçün çağırış əsasında hadisə yerinə gələn hüquq-mühafizə orqanlarına məxsus avtomobil izdihamın hücumuna məruz qalıb. Etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilib. Şəhərdə vəziyyət hələ də gərgin olaraq qalır.

İşqişaşlar zamanı sahibkarlar da zərər çəkib. Əmlaka dəymiş ziyanın məbləği on minlərlə dollarla ölçülür.