Ukrayna Prezidenti Volodimir Zelenski müxtəlif kanallar vasitəsilə Rusiya Prezidenti Vladimir Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir.
Herbiand.az xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov “Vesti” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər. O, müxtəlif mənbələr vasitəsilə siqnallar göndərir. Danışmaq istəyirsə, belə bir görüş keçirmək niyyətindədirsə, qoy gəlsin”, – deyə Uşakov bildirib.