Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının məlumat bazasına daxil edilib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi teleaparıcının Rusiyanın fəaliyyətlərini və Rusiya hakimiyyətinin Ukraynaya qarşı siyasətini dəstəkləməsidir.
Ukraynanın Yakuboviçə qarşı iddialarına onun qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nı (Ukraynanın Donetsk və Luqansk vilayətləri-red.) tanınması, dəstəkləməsi, prezident seçkilərində Vladimir Putinin etibarlı nümayəndəsi kimi dəfələrlə iştirak etməsi və Krıma səfərləri daxil edilib.