"Tsirkon" hipersəsli gəmi əleyhinə raketlərinin daşıyıcısı olan "Admiral Qolovko" freqatı Severomorsk limanını tərk edərək Atlantik okeanına doğru uzun məsafəli səyahətə çıxıb.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, gəmi yaxın bir neçə ay ərzində dünya okeanlarının müxtəlif bölgələrində uzun məsafəli səyahətlər həyata keçirəcək.
"Gəmi tam təlim kursunu başa vurub və dəniz zonasında tapşırıqları yerinə yetirməyə hazırdır", - freqatın komandiri, 1-ci dərəcəli kapitan Andrey Slavin deyib.
Bəxtiyar CƏFƏRLİ