Advertisment

Odessaya hava zərbəsi endirilib: ölənlər var

Rusiya ordusu noyabrın 9-u səhər saatlarında Ukraynanın Odessa şəhərinə hava zərbələri endirib.

Herbiand.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Odessadakı infrastruktur obyektinə hücumu nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.