Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Simone İnzaqi komandadan ayrılmaq qərarına gəlib.
Herbiand.az xəbər verir ki, insayder Nikolo Şiranın məlumatına görə, italiyalı mütəxəssis müddəti gələn ilin iyulunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Bildirilir ki, İnzaqinin Səudiyyə Ərəbistanı klubunda illik maaşı 26 milyon avrodur. O, 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir.
Hazırda komanda 11 oyundan topladığı 30 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, oktyabr ayında yayılan xəbərlərdə London “Arsenal”ının baş məşqçisi Mikel Artetanın müqaviləsini yenilədikdən sonra dünyanın ən yüksək maaş alan futbol məşqçisi olduğu, bu göstəricidə İnzaqini geridə qoyduğu bildirilirdi.
teleqraf