Advertisment

Knessetin deputatları bu gün and içəcəklər – onların 46-sı ilk dəfə parlamentə seçilib

İsraildə 26-cı Knessetin 120 deputatı bu gün and içərək fəaliyyətə başlayacaq.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Bildirilib ki, yeni parlamentin tərkibində 46 deputat ilk dəfə Knessetdə təmsil olunacaq.

Məlumata görə, andiçmə mərasimi Qüdsdə keçiriləcək. Tədbirdə İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və Knessetin spikeri Amir Ohana iştirak edəcəklər.

Qeyd edək ki, 26-cı Knessetə keçirilən seçkilərin yekun nəticələrinə əsasən, Likud partiyası 27, “Yaşar” partiyası 21, “B’Yachad” 12, Birgə Siyahı 11, “Demokratlar” və “Raam” partiyaları isə hərəyə 8 mandat qazanıb.

APA