Advertisment

ABŞ-dan gələn zəngdən sonra Lavrov da hərəkətə keçdi

Avqustun 2-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Həmsöhbətlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların icrasına toxunublar.

Ararat Mirzoyan və Sergey Lavrov regionda mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər.

Telefon danışığı zamanı 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu kontekstdə Aərbaycanda saxlanan erməni hərbçilərin məsləsi də müzakirə olunub.

Xatırladaq ki, bir gün əvvəl merika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridın Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olmuşdu. ABŞ səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, xanım Donfrid kommunikasiyaların açılması üçün lazım olan köməkliyi göstərməyə hazır olduqlarını bildirmişdi.