Argentina məhkəməsi Rusiya vətəndaşı İqor Çurkinin Ukraynaya ekstradisiyasına dair işə baxmağa başlayıb.
Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Kristian Rubilar məlumat verib.
Vəkil Kristian Rubiların sözlərinə görə, bu işə siyasi sığınacaq tələbi, vətəndaşlıq əldə etmə prosesinin başlanması və vətəndaşlıq əsasında təqiblər daxildir.
“İşin baxılma vaxtı məlum deyil, lakin qaçqın statusunun verilməsi ilə ekstradisiya ilə bağlı qərar icra oluna bilməz”, deyə Rubilar əlavə edib.
Qeyd edək ki, Rubilar az öncə Argentinanın Qaçqınlar üzrə Milli Komissiyasının Çurkinin müdafiəsi ilə bağlı müraciətə dair sənədləri baxılmaq üçün qəbul etdiyini bildirmişdi.
Elnurə İSAXAN