Türkiyənin Ehtiyatda Olan Zabitlər Birliyinin başqanı, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş. O, həm də Baş Qərargahın Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsinin rəisidir.
Ərdoğan Karakuş Türkiyə Hərbi-Hava Qüvvələrinin əfsanələrindən biridir.
Generalın tarixi araşdırmaları da var. O, İkinci Dunya Müharibəsində Türkiyə-İngiltərə münasibətlərini araşdırıb və tarix elmləri doktoru elmi dərəcəsini alıb.
Ərdoğan Karakuşun Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan, Türkiyə-Rusiya münasibətləri ilə bağlı maraqlı fikirləri var.
Generalın özəlliyi odur ki, o, hamı kimi düşünmür və ən riskli həll yollarını təklif edir. Sözsüz ki, bu təkliflərində generalın əsas istinad nöqtəsi özünəgüvəndir.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin dəvəti ilə Azərbaycanın Qarabağ Zəfərinin ikinci ildönümündə sevincimizi bölüşməyə gələn dərnək başqanlarından biri də odur.
Xəbər verildiyi kimi, Zəfər Gününü Azərbaycanda qeyd etmək istəyində olan bir qrup türkiyəli qazi Bakıya Türkiyə Milli Müdafiə Nazirliyinin ayırdığı hərbi sərnişin təyyarəsi ilə gəlib.
Qaziləri Bakıya gətirən təyyarənin sükanı arxasında da məhz o olub – Ərdoğan Karakuş!
Asəf Quliyev
