İtaliyanın müdafiə naziri Quido Krosetto Livanın paytaxtı Beyrut şəhərinə səfər edib.
Herbiand.az xəbər verir ki, bu barədə nazir sosial media hesabındakı paylaşımında bildirib.
Quido Krosetto səfər çərçivəsində BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya baş çəkəcək, italiyalı hərbçilərlə görüşəcək. Nazir, həmçinin Livan rəsmiləri ilə müxtəlif görüşlər keçirəcək.
İtaliyanın hazırda UNIFIL-də mindən çox hərbçisi var.