Advertisment

Rusiya qoşunlarına Su-35S qırıcılarının daha bir partiyası təhvil verilib

Birləşmiş Aviasiya Korporasiyası (“Rostex”-in bir hissəsi) Rusiya Aerokosmik Qüvvələrinə yeni Su-35S çoxməqsədli qırıcı təyyarələrinin növbəti partiyasını təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, 4++ nəsil təyyarələr zavod sınaqlarının tam dövrünü başa vurub, müxtəlif əməliyyat rejimlərində sınaqdan keçirilib və öz aerodromlarına uçuşu başa vurub.

Xatırladaq ki, Su-35S qırıcılarının əvvəlki partiyası aprel ayında verilib.

Bəxtiyar CƏFƏRLİ