Birləşmiş Mühərrikistehsalı Korporasiyası (“Rostex”-in bir hissəsi) tərəfindən hazırlanmış, yeni və yerli VK-650V mühərriki ilə təchiz edilmiş Ka-226T idxal əvəzedici helikopterinin uçuş sınaqları başlayıb.
Herbiand.az bildirir ki, yüngül çoxməqsədli rotorlu helikopter uçuş meydançasının üstündə havada manevrlər edərək hərəkət edib.
Ka-226T - yük və sərnişin daşınması, patrul xidmətləri, axtarış-xilasetmə və tibbi təxliyə əməliyyatlarına qədər geniş çeşiddə tapşırıqları yerinə yetirə bilir. Onun modul dizaynı helikopterin cəmi 45 dəqiqə ərzində müxtəlif konfiqurasiyalara çevrilməsinə imkan verir.
Bəxtiyar CƏFƏRLİ