Advertisment

Tokio “Tomahawk” raketlərinin tədarükündə gecikmələri təkzib edib

Yaponiya Müdafiə Nazirliyi “Tomahawk” qanadlı raketlərin çatdırılmasında mümkün gecikməylə bağlı ABŞ ilə danışıqlar barədə məlumatları təkzib edib. Eyni zamanda, xaricdən silah alınması ilə bağlı riskləri də etiraf edib.

Herbiand.az bildirir ki, Britaniyanın "Financial Times" qəzeti əvvəllər ABŞ hakimiyyət orqanlarının Yaxın Şərq böhranı səbəbindən tükənmiş sursatların doldurulması fonunda Yaponiyanı 400 “Tomahawk” raketinin çatdırılmasında gecikmələrlə bağlı xəbərdar etdiyini bildirmişdi.

"Mənimlə nazir Heqset arasında bu ayın əvvəlində həmin məsələ ilə bağlı faktiki heç bir danışıqlar aparılmayıb", - RİA Novosti Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin sözlərinə istinadən bildirir.

Nazir “Tomahawk”ların alınmasında planlarının dəyişmədiyini qeyd edib.

Bəxtiyar CƏFƏRLİ