Advertisment

ABŞ-da baş verən şatdaun Ukraynaya silah tədarükünü ləngidəcək

ABŞ hökumətinin fəaliyyətini dayandırması (şatdaun – red.) nəticəsində Ukraynaya silah tədarükü təxirə salınacaq.

Herbiand.az bildirir ki, bunu “The Telegraph” yazıb.

“Amerika silahlarının döyüş meydanına çatdırılması ABŞ hökumətinin fəaliyyətini dayandırması səbəbindən gecikə bilər”, - məqalədə deyilir.

Qeyd olunur ki, ABŞ hökumətinin bağlanmasından sonra Amerikanın Kiyevə hərbi dəstəyi ilə bağlı müzakirələr dayandırılıb. Bir neçə Ukrayna nümayəndə heyəti ABŞ rəsmiləri ilə müxtəlif mövzularda görüşlər planlaşdırmışdı. İndi onlar gələcək həftələr üçün planlarını dəyişirlər.

Xatırladaq ki, ABŞ hökuməti oktyabrın 1-də Konqresin büdcəni qəbul etməməsi səbəbindən işlərini dayandırıb.

Bəxtiyar CƏFƏRLİ