Advertisment

ABŞ gömrük və sərhəd mühafizə qrupu Ermənistan sərhəd qüvvələri ilə işləyəcək

ABŞ gömrük və sərhəd mühafizəsi qrupu 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələri ilə işləyəcək. Məqsəd boşluqlar və imkanları təhlil prosesi vasitəsilə qiymətləndirmək və təkmilləşdirilməli olan sahələri müəyyənləşdirməkdir.

Herbiand.az bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilib.

Qeyd edilib ki, başqa yerlərdə uğurla tətbiq edilən bu analitik metodologiya, strateji investisiya tələb edən sahələri müəyyən etməklə sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Bəxtiyar CƏFƏRLİ