Krımda Ukrayna hərbi kəşfiyyatının agenti həbs edilib. O, təkcə Rusiya HHM sistemlərinin koordinatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürməklə kifayətlənməyib, həm də yarımadada terror aktı planlaşdırıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Krımda 54 yaşlı Rusiya vətəndaşı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə işləməkdə şübhəli bilinərək saxlanılıb. O, S-300 hava hücumundan müdafiə raket sistemlərinin yerləri barədə koordinatları ötürüb və təxribat aktları hazırlayıb.
Həmin şəxs WhatsApp vasitəsilə iki S-300 sisteminin yerləşdirilməsini əks etdirən, onların dəqiq koordinatlarını göstərən foto və videolar göndərib.
Saxlanılan şəxs əməlini etiraf edib və Ukrayna xüsusi xidmət orqanlarına necə işlədiyi barədə məlumat verib.
Bəxtiyar CƏFƏRLİ