Danimarka Silahlı Qüvvələrinə qarşı təxribat riski yüksəkdir.
Herbiand.az “Reuters“ ə istinadən xəbər verir ki, bunu Danimarka Hərbi Kəşfiyyat Xidmətinin direktoru Tomas Ahrenkiel deyib.
Ahrenkiel Rusiyanın Danimarkaya qarşı hibrid müharibə apardığını bildirib.
“Rusiya hərbi yollardan aqressiv şəkildə istifadə edərək biz təzyiq göstərməyə çalışır, amma bunu silahlı münaqişəyə keçmədən edir” Danimarkanın hərbi kəşfiyyat xidmətinin direktoru vurğulayıb.
Qeyd edək ki, ötən həftə dron hücumları səbəbindən Danimarkada 6 ədəd hərbi və mülki hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.