Rusiya daha əvvəl Su-75-i nümayiş etdirib, lakin ekspertlər bu şəklin təsadüfi olmadığını düşünür.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
Yayımlanan fotoda Rusiyanın Su-75 Checkmate-i Su-57 qırıcısının yanında görünür ki, bu da olduqca nadir mənzərədir. Görüntü sosial şəbəkələrdə oktyabrın əvvəlində yayılmağa başlayıb.
“Rusiya istehsalı olan ilk Su-75 qırıcısı fotoda peyda olub”, - Rusiya təbliğatı iddia edir.
Bəzi bloqçular fotonun xeyli müddət əvvəl çəkildiyini iddia edirlər.
Lakin, hər bir halda şəkil təsadüfi yayılmayıb. Bu, vaxtı və maliyyələşdirilməsi ilə bağlı uzun müddətdir şübhə doğuran layihənin hələ də canlı olduğunu nümayiş etdirir.
Bəxtiyar CƏFƏRLİ