İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem İngiltərə millisinin oktyabrda keçirəcəyi oyunlarına çağırılmayıb.
Herbiand.az -ın məlumatına görə, yığmanın baş məşqçisi Tomas Tuxel onu siyahıya əlavə etməyib.
Bellinqem Qazaxıstanda "Kayrat"a qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 81-ci dəqiqədə meydana daxil olub. O, bir müddət əvvəl İngiltərədə ilin ən yaxşı futbolçusu seçilmişdi.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 9-da Uelslə evdə, 14-də Latviya ilə səfərdə üz-üzə gələcək.